Erik Ramos: "Üzr istəməyi özümə borc bildim"

Erik Ramos: "Üzr istəməyi özümə borc bildim"

"Neftçi" PFK "Bakı" ilə yoxlama oyunundan sonra istirahəti başa vuraraq məşqlərini bərpa edib. SİA-nın məlumatına görə, komanda "Simurq"la matçın hazırlığına start verib. Dünən klubun bazasındakı meydançada baş tutmuş məşqdən əvvəl paraqvaylı futbolçu Erik Ramos "Bakı" ilə yoxlama oyununda etdiyi hərəkətə görə klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarından, eləcə də azarkeşlərdən üzr istəyib. Ramos bununla bağlı açıqlama verib: "Yoxlama oyununda rəqib futbolçu mənə qarşı iki təhrikedici hərəkət elədi və nəticədə emosiyalarımı cilovlaya bilmədim. Bütün hallarda özümə haqq qazandırmıram. Hazırlıq oyunu olmasına baxmayaraq, belə etməməliydim. Səhvimi anlayıram. Buna görə də klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəməyi özümə borc bildim. Ümid edirəm ki, onlar məni anlayışla qarşılayacaqlar. Çalışacağam ki, gələcəkdə belə hallar baş verməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə