AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandası ilə görüş keçirib. AFFA-nın saytının yaydığı xəbərə görə, R.Abdullayev Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün saat 21:00-da "Bakcell Arena"da Norveç yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Görüşdə AFFA-nın vitse-prezidenti Eışad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB