Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Bakı Gimnastika Məktəbində akrobatika üzrə 21-ci Azərbaycanı birinciliyi başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Bakı Gimnastika Məktəbini, Nizami Rayon İdman Məktəbini və "Neftçi" klubunu təmsil edən 30-dan çox iştirakçı 4 dəst mükafat uğrunda mübarizə aparıb.
Yarışın tamaşaçıları və qonaqları səhnədə çıxış edən gimnastları alqışlarla dəstəkləyiblər.
Aynur Hüseynova–Nərmin Ramazanova–Lalə Hüseynova qadın üçlüyünün qarışıq hərəkətləri birinciliyin yaddaqalan məqamı olub. Müsabiqədənkənar çıxış edən qadın akrobatlarımız dəqiq işlənmiş elementlər göstərərək zala toplaşanları heyran qoyublar. Yeri gəlmişkən, qadın akrobatlarımız Bakıda keçiriləcək 2015-ci ilin Avropa oyunlarında ölkəmizi təmsil edəcəklər.
Qarşıda bizi kişilər arasında idman gimnastikası üzrə dekabrın 5-nə planlaşdırılmış Azərbaycan və Bakı birləşmiş birinciliyi, habelə bədii gimnastika üzrə dekabrın 11-12-də keçiriləcək Azərbaycan birinciliyi və Bakı çempionatı gözləyir. Yarışların hər ikisi Milli Gimnastika meydanında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB