U-19 bu gün son oyununu keçirəcək

U-19 bu gün son oyununu keçirəcək

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində sonuncu oyununu keçirəcək. SİA-nın məlumatına görə, komandamız bu dəfə Sloveniya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Qarşılaşmaya təyinatları diqqətinizə çatdırırıq:

Baş hakim: Eli Hakmon (İsrail)

Baş hakimin köməkçiləri: David Morhaim (İsrail), Peter Kobor (Macarıstan)

Dördüncü hakim: Adam Farkas (Macarıstan)

UEFA nümayəndəsi və hakim-inspektor: Nuno Kastro (Portuqaliya)

Bütün xəbərlər Facebook səhifəmizdə