Maksim Demençuk bir müddət əvvəl AFFA-ya müraciət edərək Azərbaycanla bağlılığı olduğunu bildirmiş və milli komandanın heyətində oynamaq istədiyini qeyd etmişdi. SİA-nın məlumatına görə, AFFA tərəfindən U-21-in təlim-məşq toplanışına baxış məqsədilə dəvət olunan futbolçu məşqçilər tərəfindən bəyənilsə də, onun Azərbaycan milli komandasının şərəfini qorumaq üçün yetərli hüquqi sənədə malik olmadığı üzə çıxıb. Bu səbəbdən Maksim Demençuk toplanışdan kənarlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB