Məşqçilər Komitəsi yaradılacaq

Məşqçilər Komitəsi yaradılacaq

AFFA prezidentinin əmrinə əsasən assosiasiyada daim fəaliyyət göstərən Məşqçilər Komitəsi yaradılacaq. SİA-nın məlumatına görə, bununla əlaqədar olaraq baş katibliyə tapşırılıb:

1. Məşqçilər Komitəsinin Əsasnaməsinin hazırlanması.

2. Məşqçilər Komitəsinin iş prinsipinin müəyyənləşməsi.

3. Məşqçilər Komitəsinin üzvlüyünə namizədlərin siyahısının hazırlanması.

4. Məşqçilər Komitəsi namizədlərin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın.

5. Məşqçilər Komitəsinin təsdiqi İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə salınsın.

Bütün xəbərlər Facebook səhifəmizdə