Milli komandaların toplanışı ilə bağlı ölkə çempionatında yaranan fasilə müddətində "Xəzər Lənkəran" hazırlıq planının ikinci mərhələsinə start verir. SİA-nın məlumatına görə, "Xəzər Lənkəran" ilk mərhələdə bir həftəlik toplanışı AZAL klubu ilə keçirilən yoxlama matçı ilə yekunlaşdırmışdı ki, bir gün verilən istirahətdən sonra komanda yenidən bir araya gəlir. Yenidən paytaxtda toplaşacaq cənub təmsilçisi artıq bu gündən XII turun hazırlığına başlayacaq. Saat 15.30-da "Dalğa Arena"da məşqə çıxacaq komanda "İnter"lə oyunun hazırlığını sona qədər adıçəkilən arenada davam etdirəcək. Bu arada zədəli futbolçuların müalicəsi xüsusi prosedur üzrə davam etdirilir. Adrian Skarlatake və Ağabala Ramazanovun qarşıdakı matçı buraxacağı dəqiq olsa da, Alfred Sanko və Cahangir Həsənzadə "İnter" matçında komandaya kömək edə biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB