"Bakı" "Neftçi"ni böyükhesabla məğlub etdi

Oyunda qalmaqal yaşandı
"Bakı" "Neftçi"ni böyükhesabla məğlub etdi

Bu gün "Bakı" və "Neftçi" komandaları arasında yoldaşlıq görüşü keçirilib. "Bakı"nın təlim-məşq bazasında baş tutan görüşdə meydan sahibi rəqibi 4:1 hesabı ilə məğlub edib. Bakının heyətində Nuran Qurbanov (13), Jaba (45), Raul Yaqubzadə (59), Valeh Seyidov (87), "Neftçi"nin heyətində isə Ruslan Qurbanov (38) fərqlənib.

SİA Qol.Az-a istinadən xəbər verir ki, matçın 41-ci dəqiqəsində "Neftçi"nin müdafiəçisi Erik Ramos "Bakı"nın futbolçusu Nurlan Novruzovu yumruqla vurub. Braziliyalı futbolçu bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

"Neftçi"nin baş məşqçisi Arif Əsədov hadisə ilə bağlı açıqlamasında Ramosun hərəkətini pisləyib və bu hərəkətin yolverilməz olduğunu bildirib. Təcrübəli mütəxəssis "Neftçi" klubunun rəhbərliyinin futbolçunu bu hərəkətinə görə cəzalandıracağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə