Cüdoçularımız dünya reytinq siyahısında

Cüdoçularımız dünya reytinq siyahısında

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. SİA-nın məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan Orxan Səfərov 2 pillə yüksələrək 1820 xalla 5-ci olub. Eyni çəkidə çıxış edən İlqar Müşkiyev isə 11-ci yerdə qərarlaşıb (1034 xal). Tərlan Kərimov (66 kq) isə birdən-birə 52 rəqibini arxada qoyaraq 441 xalla 35-ci mövqeyə qalxıb. Eyni çəkidə çıxış edən təcrübəli Nicat Şıxəlizadə 1120 xalla 11-cidir. 73 kq çəki dərəcəsində Rüstəm Orucov isə 11-ci sıradadır (1161).

Qeyd edək ki, cüdoçularımızın reytinqinə Abu-Dabidə keçirilmiş "Böyük Dəbilqə" turnirində qazandıqları nəticələr təsir edib. Belə ki, yarışda Orxan Səfərov (60 kq) qızıl, Tərlan Kərimov (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) və İlqar Müşkiyev (60 kq) bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə