"Qəbələ" "Sumqayıt"ı məğlub etdi

"Qəbələ" "Sumqayıt"ı məğlub etdi
"Sumqayıt" klubu "Kapital Bank Arena"da yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Aqil Məmmədovun komandası əvvəlcədən planlaşdırıldığı kimi "Qəbələ" ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sumqayıt"ın yeganə qolunu Tofiq Mikayılov, "Qəbələ"nin qollarını isə Dodo və Markus Vinisius vurub.

"Sumqayıt" - "Qəbələ" - 1:2
Qollar: Dodo, 55 (0:1), Tofiq Mikayılov, 60 (1:1), Markus Vinisius, 83 (1:2)

Bütün xəbərlər Facebook səhifəmizdə