Braziliya yığması Türkiyəni ağır məğlubiyyətə uğratdı
Türkiyə darmadağın oldu

Bu gün milli komandalar arasında növbəti yoxlama oyunlarına start verilib. Türkiyə yığması Braziliyanı qəbul edib. "Şükrü Saracoğlu" stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22.30-da başlayıb.

Həmin oyunda Türkiyə ilk hissədə 4 dəqiqədə 2 qol buraxaraq 0:2 hesabı ilə məğlub oldu. İkinci hissədə daha iki top buraxan Türkiyə yığması 0:4 hesabı ilə darmadağın olub.

Qeyd edək ki, Hollandiya millisi İslandiyanı sınağa çəkəcək. Bu gecə həmçinin Belçika və İslandiya milliləri də qarşılaşacaq.

Qeyd edək ki, milli komandamızın AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən Norveç Estoniya, Xorvatiya Argentina ilə qarşılaşacaq.

Yoxlama oyunu
12 noyabr

Malaziya - Suriya 0:3
Qollar: Nadim Sabax, 4. Sanharib Malki, 48. Ömər Xribin, 67.

Türkiyə - Braziliya 0:4
Qollar: Neymar, 20; 60. Semih Kaya, 24 (avtoqol). Villian, 44.

23.30 Hollandiya - Meksika 0:1
Qol: Karlos Vela, 8.

23.45 Belçika - İslandiya 1:1
Qollar: Nikolas Lombaerts, 11 - Alfred Finnboqason, 13.

Bütün xəbərlər Facebook səhifəmizdə