“Azəryol” Çempionlar Liqasına qələbə ilə başlayıb

“Azəryol” Çempionlar Liqasına qələbə ilə başlayıb

Bu gün Azərbaycanın "Azəryol" voleybol klubu Avropanın ən böyük yarışı olan Çempionlar Liqasında ilk görüşündə Fransanın "Nantes VB" kollektivini 3:2 hesabı ilə məğlub edib. Bakıda, Voleybol Mərkəzində keçirilən qarşılaşmada ilk setdə 25:17 hesabı ilə qalib gələn "Azəryol" ikinci və üçüncü seti uduzmasına baxmayaraq, növbəti setdə qələbə qazanaraq hesabı bərabərləşdirib. "Azəryol" tay-brekdə rəqibini 20:18 hesabı ilə məğlub edərək oyunu qələbə ilə başa vurub (25:17, 18:25, 18:25, 25:16, 20:18).

Avropanın 20 ən güclü komandasından olan "Azəryol" qrup mərhələsində Fransanın "Nantes VB", Türkiyənin "Fenerbahce Grundig İstanbul", Rumıniyanın "Stiinta BACAU" klubları ilə mübarizə aparacaq. Qeyd edək ki, 2014-2015 mövsümündə "Azəryol" komandasının heyətində hər il olduğu kimi, voleybol üzrə qadınlardan ibarət millimizin ən güclü oyunçuları ilə yanaşı, Avropanın və dünyanın tanınmış idmançıları çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə