Naxçıvanda badminton yarışı

Beynəlxalq "Tələbə-gənclər həftəsi" çərçivəsində Naxçıvan Dövlət Universitetinin idman zalında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında badminton yarışı təşkil olunub. AzərTAc xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışın məqsədi muxtar respublikada idmanın bu növünü inkişaf etdirmək və kütləviləşdirməkdir. Yarışın nəticələrinə əsasən, Naxçıvan Dövlət Universitetinin tələbələri Fəridə Hənifəyeva birinci, Röya Quliyeva ikinci, Arzu Əliyeva və Zərövşən Yusifəliyeva isə üçüncü yerlərə layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə