1-2 noyabr 2014-cü il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən "İlidias kuboku" uğrunda beynəlxalq turnirə qatılan "İnter" Peşəkar İdman Klubunun cüdoçuları yarışı müsbət nəticələrlə başa vurublar. SİA-nın məlumatına görə, 30 kq çəki dərəcəsində Rəvan Şahbazlı, 55 kq çəki dərəcəsində İbrahim Aslanov və 46 kq çəki dərəcəsində Ramin Aslanov 1-ci yeri, 36 kq çəki dərəcəsində Nihat Xudulu 2-ci, 46 kq çəki dərəcəsində Rəsul Cəbiyev isə 3-cü yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB