Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək

Azərbaycan Gimnastika Federasiyası 14 noyabr tarixində akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirəcək. SİA-nın məlumatına görə, yarışda Bakı Gimnastika Məktəbi, "Neftçi" İdman Klubu və Nizami rayon məktəbini təmsil edən 33 gimnast iştirak edəcək.

Birincilikdə yeniyətmə və gənclər arasında 6 qadın cütlüyü, 3 qadın qrupu, 3 qarışıq və 6 kişi cütlüyü medallar uğrunda mübarizə aparacaqlar. Bundan əlavə isə Aynur Hüseynova, Nərmin Ramazanova və Lalə Hüseynovadan ibarət qadın qrupu öz nümunəvi çıxışlarını nümayiş etdirəcəklər.

Yarışlar saat 10:00-da başlanır.

Yarışların keçirilmə yeri: Bakı Gimnastika Məktəbi

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 52.

Bütün xəbərlər Facebook səhifəmizdə