Azad Rəhimov Byung Hun Junla görüşüb

Azad Rəhimov Byung Hun Junla görüşüb

Bu gün gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Elektron-İdman Federasiyasının prezidenti Byung Hun Junla görüşüb. SİA-nın məlumatına görə, görüşün əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 sentyabr 2014-cü il tarixli Sərəncamına müavafiq olaraq 13 noyabr 2014-cü il tarixində Bakıda start götürəcək kompüter oyunları üzrə VI dünya çempionatı ətrafında müzakirələr aparıb, gerçəkləşəcək tədbir haqda fikir mübadiləsinin bölüşdürülməsi olub. A. Rəhimov Azərbaycanda gənclərin kompüter oyunlarına çox böyük maraq göstərdiyini diqqətə çatdırıb, bu sahədə nazirlik tərəfinədən hər il republika üzrə yarışların keçirildiyini, Bakının Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransına ev sahibliyi etdiyini bildirib: "Ötən il Azərbaycanda gerçəkləşən kompüter oyunları üzrə respublika çempionatında 2500-dən artıq gənc aktiv şəkildə iştirak edib. Bu gün Azərbaycanın 20% torpaqlarının işğal altında olmasından irəli gələrək, gənclərimiz tərəfindən "Şuşanın işğalı", "Ağdamın işğalı" adlı vətənpərvərlik ruhunda kompüter oyunları işlənib hazırlanır".

Qonaq Byung Hun Jun ölkə başçısı İlham Əliyev tərəfindən Bakıda kompüter oyunları üzrə VI dünya çempionatının keçirilməsi ilə bağlı imzalanmış Sərəncam üçün dövlətimizə öz təşəkkürünü bildirib.

"Digər ölkələrlə müqayisədə Azərbaycan kompüter oyunları üzrə dünya çempionatına çox böyük diqqət və maraq ayırır. Bu gün İT sahəsinin günbəgün inkişafı gənc nəsil arasında bu sahəyə marağı daha da artırır. Əminəm ki, Bakıda baş tutacaq kompüter oyunları üzrə VI dünya çempionatı İT sahəsinin inkişafında yeni addım olacaq" - deyə, qonaq əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə