"Simurq" "İnter"lə yoldaşlıq görüşü keçirəcək

"Simurq" "İnter"lə yoldaşlıq görüşü keçirəcək

Zaqatalada hazırlıqlarını davam etdirən "Simurq" bu gün Bakıya gəlir. SİA-nın məlumatına görə, komanda Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək noyabrın 13-də "İnter"lə yoldaşlıq görüşü keçirdəcək. "İnter Arena"da oynanılacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Zaqatala təmsilçisi gündə iki dəfə olmaqla məşqə çıxır. Hazırlıqlarda milli komandaların düşərgəsində olan Rəşad Eyyubov, Rəşad Əzizli və Vadim Abdullayev iştirak etmir. Zədə səbəbindən uzun müddətdir ki, komandadan ayrı düşən Murad Səttarlı və Banas Adam artıq sıraya qayıdıb və çalışmalarda iştirak edir. "Xəzər Lənkəran"la qarşılaşmada zədələnərək oyundan çıxan Tural Axundov da artıq məşqlərə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə