"Xəzər Lənkəran" məşqlərini davam etdirir

"Xəzər Lənkəran" məşqlərini davam etdirir

"Xəzər Lənkəran" məşqlərini davam etdirir. SİA-nın məlumatına görə, dünən "Dalğa Arena" stadionunda keçən məşqdə Ağabala Ramazanov, Alfred Sanko, Uğur Pamuk və Cahangir Həsənzadə fərdi qaydada çalışıblar. Əfran İsmayılovun isə 2 gün sonra komandanın məşq prosesinə qatılması gözlənilir.

Yay transfer pəncərəsi dövründə transferə çıxarılmış, sonradan isə müəyyən səbəblərdən komandanın düşərgəsindən kənarda qalan xorvat qapıçı Vyekoslav Tomiç də komandaya qoşulub.

Xatırladaq ki, "Xəzər Lənkəran" bu gün, saat 16:00-da "AZAL Arena"da AZAL-a qarşı yoxlama oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə