U-19 Slovakiya yığması ilə qarşılaşacaq

U-19 Slovakiya yığması ilə qarşılaşacaq

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirəcək. SİA-nın məlumatına görə, komandamız ilk oyunda Sloveniyanı 2:1 hesabı ilə məğlub edən Slovakiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xatırladaq ki, U-19 ilk oyunda meydan sahibi Macarıstan yığmasıyla 1:1 hesablı heç-heçə edib. Qarşılaşmaya təyinatları diqqətinizə çatdırırıq:

Baş hakim: Eli Hacmon (İsrail)

Baş hakimin köməkçiləri: David Morhaim (İsrail), Peter Kobor (Macarıstan)

Dördüncü hakim: Adam Farkaş (Macarıstan)

Bütün xəbərlər Facebook səhifəmizdə