İdmançılarımız dünya çempionatında mübarizə aparırlar

İdmançılarımız dünya çempionatında mübarizə aparırlar

Moskvada universal döyüş üzrə böyüklər arasında dünya çempionatı başlayıb. SİA-nın məlumatına görə, noyabrın 17-dək davam edəcək çempionatda Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Dünya Universal Döyüş Federasiyasının birinci vitse-prezidenti Azər Həsənovun rəhbərliyi ilə 9 idmançı ölkəmizin idman şərəfini qoruyur. Klassik ve layt versiyaları üzrə keçirilən yarışda Nicat Əliyev, Orxan Qurbanov, Məcnun Əhmədov, Mobil Hüseynov, Aqşin Rzaquliyev, Ceyhun Ağasıyev, Məzahir Vəliyev mübarizə aparırlar.

Xatırladaq ki, ötən il Rusiyanin Medin şəhərində keçirilən yarışda milli komandamızın üzvləri 4 qızıl,1 gümüş və 2 bürünc medal qazanmışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə