19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Macarıstanla qarşılaşan yığmamızın baş məşqçisi Nikolay Adam oyunla bağlı fikirlərini bildirib. O, seçmə mərhələyə məğlubiyyətsiz başlamağın vacib olduğunu bildirib: "Şadam ki, bu vacib işin öhdəsindən gəldik. İkinci hissənin ortalarında Elnur Cəfərovu dəyişməklə taktiki dəyişikliyə əl atdıq. Ümumiyyətlə, dəyişikliklər oyunun tərkib hissəsidir. Həmin vaxt hesabda geridə idik. Nəyisə dəyişməyimiz lazım idi. Nəticədə cavab qolunu vura bildik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB