“Reuters” Bakı 2015 Avropa Oyunları haqqında məqalə dərc edib

“Reuters” Bakı 2015 Avropa Oyunları haqqında məqalə dərc edib

"Reuters" İnformasiya Agentliyi Azərbaycanda "Bakı 2015 Avropa Oyunları"na yüksək səviyyədə həyata keçirilən hazırlıq prosesindən bəhs edən məqalə dərc edib. SİA-nın verdiyi xəbərə görə, məqalədə oyunların keçirilməsi üçün nəzərdə tutulan obyektlərin və yeni idman binalarının tikintisi işləri haqqında informasiya öz əksini tapıb.

Az bir zaman qalmasına baxmayaraq Bakı Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etmək üçün yeni idman komplekslərinin tikintisi və tam hazır vəziyyətə gətirilməsi məqsədi ilə tikintiyə minlərlə işçi qüvvəsi cəlb olunub.

2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi tərəfindən Bakıya bu oyunların keçirilməsi hüquqları veriləndən Azərbaycanın paytaxtında bütün tapşırıqların yerinə yetirilməsi üçün bütün hazırlıqlar gücləndirilmiş iş rejimində gedir. 4000 nəfər 24 saat çalışaraq 68000 nəfərlik Milli stadionun vaxtında hazır olması üçün çalışır.

Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Simon Clegg hazırlıq işlərindən narahat olmadığını, bütün işlərin vaxtında yekunlaşacağına əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə