"Bayıl Arena"da "Neftçi" PFK-nın Uşaq və gənclər futbol bölməsinin məşqçilərinin növbəti seminarı keçirilib. SİA-nın məlumatına görə, seminara "Neftçi" PFK-nın Uşaq və gənclər futbol bölməsinin koordinatoru Asif Əliyev, AFFA tərəfindən klubun Uşaq və gənclər futbol bölməsinin texniki direktoru vəzifəsinə təyin olunmuş Yan Versleyen və seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov rəhbərlik edib.
Hollandiyalı mütəxəssis mütəmadi olaraq hər həftənin cümə günləri məşqçilərlə görüşür. Görüşdə baş tutmuş oyunlar müzakirə edilir, texniki nəzəri məsələlərə diqqət yetirilir və məşqçilərə oyunlarla bağlı tövsiyələr verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB