"Xəzər Lənkəran"ın akademiyanın həftəsi

"Xəzər Lənkəran"ın akademiyanın həftəsi

Milli komandanın təlim-məşq toplanışından qayıdan İbrahim Qədirzadə və Yusif Həsənov cari turda "Xəzər Lənkəran"ın U-16 komandasının heyətində yer aldılar və bu da öz müsbət rolunu oynadı. SİA-nın məlumatına görə, səfərdə "Turan"la qarşılaşan Ağadadaş Həmidovun yetirmələri 4:2 hesablı qələbə qazandılar. Oyunu "Xəzər Lənkəran" TV-nin hazırladığı geniş icmaldan izləyə bilərsiniz:

"Xəzər Lənkəran"ın U-17 komandası bu tur səfərdə AZAL-a məğlub oldu - 0:1. U-19 Liqasında evdə "İnter"i qəbul edən müvafiq qrup kifayət qədər qol imkanı əldə etməsinə rəğmən xal itkisi ilə barışmalı oldu - 1:1.

U-15 komandası bu həftə istirahət etsə də, aktivinə 3 xal yazıldı. Belə ki, çempionatın 2-ci turunda komandanın "Əlincə"yə məğlub olduğu qarşılaşmada rəqibin heyətində meydana sənədləri saxtalaşdırılmış futbolçu çıxmışdı. Məhz "Xəzər Lənkəran"ın məsələnin araşdırılmasında təkid göstərməsi yekunda "Əlincə" klubuna həmin futbolçunun iştirakı ilə keçirdiyi bütün oyunlarda texniki məğlubiyyət verilməsi ilə nəticələndi.

Bütün xəbərlər Facebook səhifəmizdə