Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri start götürüb. Komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edir. SİA-nın məlumatına görə, ilk gün qadın güləşçilər mübarizə aparıb. Reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışıb. Püşkatmanın nəticələrinə görə, Azərbaycan güləşçiləri Ukrayna və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparıb. Qadın güləşçilərimiz hər iki görüşü 5:3 hesablı qələbə ilə başa vuraraq yarımqrupu ilk sırada tamamlayıb. Digər yarımqrupda Rusiya güləşçiləri birinci olub. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşacaq.
Beləliklə, Avropa Millətlər Kuboku turnirində qadın güləşçilərin mübarizəsində final görüşü Azərbaycan və Rusiya yığmaları arasında olacaq. Final görüşü bu gün saat 17:30-da başlayacaq.
B yarımqrupu
| Bolqarıstan - AZƏRBAYCAN 3:5 | AZƏRBAYCAN - Ukrayna 5:3 | |||
|
48 kq 53 kq 55 kq 58 kq 60 kq 63 kq 69 kq 75 kq |
Georgiyeva - Patimat Baqomedova 4:10 Yankova - Solmaz Həşimzadə 9:8 Nikolova - Alyona Kolesnik 8:0 Hristova - İrina Netreba 0:3 Bobeva - Nataliya Sinişin 2:1 Taybe Yusein - Elmira Qəmbərova 4:6 Vaseva - Nadya Sementsova 1:6 İvanova - Gözəl Zutova 3:5 |
48 kq 53 kq 55 kq 58 kq 60 kq 63 kq 69 kq 75 kq |
Patimat Baqomedova - Ribak 9:0 Solmaz Həşimzadə - Blaxina 5:2 (tuşe) Alyona Kolesnik - Xariv 8*:8 İrina Netreba - Anna Vasilenko 0:3 Anna Sinişin - Tatyana Omelçenko 3:6 Elmira Qəmbərova - Svetlana Rıjikova 4:3 Nadya Sementsova - Alina Maxina 2:4 Gözəl Zutova - Katerina Burmistrova 14:2 |
|
Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparır. Heyətdə Ayan Məmmədova (48 kq), Patimat Baqomedova (53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Nataliya Şinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Sementsova (69 kq), Səbirə Əliyeva və Gözəl Zutova (75 kq) yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB