Velosipedçilərimiz bayram tədbirində

Velosipedçilərimiz bayram tədbirində

Nərimanov rayonunda 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilib. SİA-nın məlumatına görə, Nərimanov rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanın şosse və dağ velosipedi üzrə yığma komandalarının üzvləri də iştirak edib.

Üçrəngli bayrağımızla dövrə vuran velosipedçilərimizin nümunəvi çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə