Qurban Qurbanov "Qarabağ" - "Dnepr" oyununda xəsarət olan azarkeşə baş çəkib

Qurban Qurbanov "Qarabağ" - "Dnepr" oyununda xəsarət olan azarkeşə baş çəkib

Dünən UEFA Avropa Liqasinin qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Dnepr" oyununda Tofiq Bəhramov adına Respublika stadionunun giriş qapılarından biri qırılıb və Samir Miriyev adlı azarkeşin üzərinə aşıb. Azarkeş dərhal təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması, omba və diz sümüyünün sınması diaqnozu qoyulub. SİA-nın məlumatına görə, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yollanıb, zərərçəkən azarkeşə baş çəkib. O, S. Miriyevin atası ilə də görüşərək, söhbətləşib. Baş məşqçi ilə yanaşı, Ağdam klubunun digər rəsmiləri də zərəçəkən azarkeşə baş çəkiblər.

"Qarabağ" klubu S. Miriyevin bütün xərclərini öz üzərinə götürüb.

Qeyd edək ki, azarkeşin sabah əməliyyat olunması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə