"Qarabağ"-"Dnepr" oyunundan sonra keçirilən mətbuat konfransında ukraniyalı jurnalist Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovdan niyə rusca danışmamasının səbəbini soruşub. SİA-nın məlumatına görə, mütəxəssis qonaq jurnalistə tutarlı cavab verib.
Belə ki,"Siz Rusiya çempionatında oynamısınız, rusca bilirsiniz. Bu halda niyə mətbuat konfransında rusca danışmırsınız?" - deyə, sual verən ukraynalı jurnalistə baş məşqçinin cavabı belə olub: "Bizim öz dilimiz var. Mətbuat konfransında azərbaycanca danışırıq və tərcüməçimiz də rus dilinə çevirir. Mənim rusca danışmağımı istəyirsinizsə, bu tədbirdən sonra sizə vaxt ayıra bilərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB