Rövnəq Abdullayev: "Azərbaycan millisinin yeni baş məşqçisi əcnəbi olacaq"

Rövnəq Abdullayev: "Azərbaycan millisinin yeni baş məşqçisi əcnəbi olacaq"

"Azərbaycanın futbol üzrə millisinin yeni baş məşqçisi əcnəbi olacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, orta səviyyəli məşqçi ilə bir illik müqavilə bağlanacaq və buna yoxlanışdan sonra qərar veriləcək: "Belə bir məsəl var, atları yarı yolda dəyişməzlər. Berti Foqts bizi pis vəziyyətdə qoydu. Yarı yolda qoyub getdi. İndi yeni baş məşqçi ilə bağlı fikirləşirik".(Trend)

Bütün xəbərlər Facebook səhifəmizdə