"Kiyevdəki oyundan sonra "Qarabağ"ın xoşuma gəldiyini açıqlamışdım. Onlara qalib gəlmək asan deyildi". SİA-nın məlumatına görə, bu sözləri Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"la oyundan sonra deyib. Baş məşqçi "Qarabağ"ın güclü komanda olduğunu bildirib: "Qarabağ" hətta Çempionlar Liqasının qrup mərhələsinə düşməyə də çox yaxın idi. Təşkilatlanmış komandadır. Bunu bu gün keçirilən qarşılaşma da bir daha sübut etdi".
O, komandasının yaxşı oynadığını qeyd edib: "Biz bu dəfə Kiyevdəkindən daha yaxşı oynadıq. Gərgin oyun alındı. İstənilən komanda belə böyük azarkeş ordusu qarşısında çıxış edəndə fərqli duyğular yaşayır. Bizə öz meydanımızda və ya Lvovda çıxış etməyə imkan vermədilər. Kiyevdə boş tribunalar qarşısında oynamaq çətindir. Bu gün isə çoxlu azarkeş qarşısında daha yaxşı oynamağı bacardıq.
Kiyevdəki oyunda məğlubiyyətə layiq idik. Bu gün isə layiqli olaraq qələbə qazandıq. Çünki vurduğumuz qollardan başqa da qol epizodlarımız oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB