AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelo ilə görüşüb. AzərTAc xəbər verir ki, görüşdə AFFA ilə Braziliyanın futbol federasiyaları arasında əməkdaşlıq layihələri müzakirə olunub.
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katibi Elxan Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB