Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə Respublika turniri keçiriləcək

Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə Respublika turniri keçiriləcək

7-8 noyabr, 2014-cü il tarixində Masallı rayon Olimpiya İdman Kompleksində əməkdar məşqçi, idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş Respublika turniri keçiriləcək. SİA-nın məlumatına görə, artıq ənənəvi hal almış və XX dəfə keçiriləcək turnirdə 1998-1999-cu il təvəllüdlü yeniyetmə yunan-Roma güləşçiləri 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində mübarizə aparacaq. 2000-ci il təvəllüdlü idmançılar həkim arayışı ilə yarışlarda iştirak edə biləcək.

Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan idmanının inkişafında xidmətləri olmuş şəxsiyyətlərin xatirələrini yad etmək, yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyinə nail olmaq, yarışın nəticələrinə əsasən yeniyetmə güləşçilər arasından perspektivli idmançıları aşkar etməkdir.

Turnir DGB-nin mövcud qaydalarına əsasən keçiriləcək. Fəxri kürsünün ilk üçlüyündə qərar tutan güləşçilər təşkilatçılar tərəfindən müvafiq diplom və medallarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə