"Xəzər Lənkəran" "Dalğa Arena"da məşq edəcək

"Xəzər Lənkəran" "Dalğa Arena"da məşq edəcək

"Xəzər Lənkəran" 3 günlük istirahətdən sonra bu gün paytaxtda bir araya gələrək 12-ci turda qarşılaşacaqları "İnter"lə oyunun hazırlıqlarına start verəcək. SİA-nın məlumatına görə, komanda adətən Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq etsə də, bu dəfə fərqli məkan seçib. Belə ki, cənub klubu "Dalğa Arena"da məşq edəcək.

Səbəb isə komandanın "İter"lə suni örtüklü meydançada qarşılaşması olacaq. Buna görə də, Oğuz Çətin "Xəzər Lənkəran"ı süni örtüklü meydançada məşqə çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə