Yaponiyalı güləşçilər Bakıda təlim-məşq toplanışındadır

Yaponiyalı güləşçilər Bakıda təlim-məşq toplanışındadır

Güləş üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız təqvim planına uyğun olaraq təlim-məşq toplanışlarını davam etdirir. SİA-nın məlumatına görə, noyabrın 1-dən etibarən yığma komandalarımızla birgə təlim-məşq toplanışında Yaponiya güləşçiləri də iştirak edir. Yaponiyanın bir qrup yeniyetmə yunan-Roma, həmçinin yeniyetmə və gənclərdən ibarət qadın güləşçiləri ölkəmizdə səfərdədir.
Ümumilikdə 11 yapon güləşçisinin iştirak etdiyi təlim-məşq toplanışı noyabrın 7-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə