Millinin açıq məşqi keçiriləcək

Millinin açıq məşqi keçiriləcək

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, "Bakcell Arena"da Norveç yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə bu gündən etibarən təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının mətbuat və azakeşlər üçün açıq məşqi təşkil olunacaq. SİA-nın məlumatına görə, açıq məşq noyabrın 15-də, saat 20:00-da "Bakcell Arena"da keçiriləcək.

Qeyd edək ki, məşqin ilk 20 dəqiqəsi mətbuat və azakeşlər üçün açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə