Kikboksçularımızdan möhtəşəm qələbə: 7 qızıl, 4 gümüş, 4 bürünc medal
Kikboksinqin WKA versiyası üzrə İtaliyanın Karrara şəhərində keçirilən dünya çempionatında yığma komandamız müxtəlif versiyalar üzrə 15 medal qazanıblar.
Eduard Məmmədov kikboksinqin (60 kq) lou kik, Elnur Dəryagül (63,5 kq) ful kontakt, Azər Həsənov (74 kq) və Zaur Yusifov (91 kq) layt, Vüqar Cavadov (91 kq) K-1, Xətai Qurbanov (81 kq) K-1 layt, Qalib Məmmədov isə (91 kq) kik-layt növləri üzrə fəxri kürsünün ən yüksək pillələrinə qalxıblar.
Kikboksçularımız, həmçinin dörd gümüş və dörd bürünc medal da qazanıblar.
Azərbaycanın kikboksinq üzrə seçmə komandasının baş məşqçisi Elşən Abdülrəhimov yarışla bağlı AzərTAc-ın xüsusi müxbiri ilə təəssüratlarını bölüşüb. O bildirib ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda kikboksçularımız Azərbaycanı layiqincə təmsil ediblər. Bu nailiyyət dövlətimiz tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Komandamızın belə mötəbər yarışda yüksək nəticə göstərməsində Azərbaycan Kikboksinq Federasiyası rəhbərliyinin də rolu böyükdür. AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB