Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən daha bir çoxgünlük yarışda mübarizə aparır.
Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər ki,velosipedçilərimiz sayca 5-ci dəfə təşkil olunan "Tour of Taihu Lake" yürüşündə uğurla çıxış edirlər. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malik 9 mərhələli yarışda 17 kontinental və 3 milli komanda iştirak edir.
Noyabrın 3-də keçirilən üçüncü mərhələdə iştirakçılar 135,4 kilometr məsafə qət ediblər. Velosipedçilərimizin hamısı - Maksim Averin, Aleksandr Surutkoviç, İsmayıl İlyasov, Samir Cəbrayılov, Elçin Əsədov və Ənvər Asanov finiş xəttini liderlə eyni vaxtda keçən pelotonun içərisində olublar - 3 saat 4 dəqiqə 49 saniyə. Üç mərhələdən sonra ümumi sıralamada ilk iyirmilikdə komandamızın üç üzvü yer alıb. Belə ki, Samir Cəbrayılov 11-ci, Aleksandr Surutkoviç 13-cü, Maksim Averin isə 18-cidir.
Yarışda 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov ilk üçlüyü tamamlayıb. O, liderə cəmi 15 saniyə uduzub. İsmayıl İlyasov 7-ci, Ənvər Asanov 13-cü pillədə qərarlaşıb. Komanda hesabında "Synergy Baku" 2-ci yerdədir. Noyabrın 4-də keçiriləcək dördüncü mərhələdə iştirakçılar 129,7 kilometr məsafə qət etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB