Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Dnepr" oyununa böyük maraq var. SİA-nın məlumatına görə, bu gün səhər satışa çıxarılan oyun biletlərinin satılması ilə yanaşı, müxtəlif qurumlardan əməkdaşlarının matça canlı baxması üçün təkliflər gəlib. Artıq, "Bakcell", Mərkəzi Bank, ASAN Xidmət və digər qurumlar əməkdaşları üçün bilet əldə ediblər. Bu gedişlə biletlər gözlənildiyindən daha tez satılacaq.
Xatırladaq ki, "Qarabağ" - "Dnepr" oyununun biletlərini Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərsiniz. Biletləri holoqramlıdır.
Qarşılaşma noyabrın 6-da, saat 21:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB