Əsgər Abdullayev: “Danışmalı bir şey yoxdur"

Əsgər Abdullayev: “Danışmalı bir şey yoxdur"

Topaz Premyer Liqasının XI turunun sonuncu oyununda "Qarabağ" "Araz Naxçıvan"ı 4:0 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, bu qələbədən sonra "Qarabağ" turnir cədvəlinin zirvəsinə yeksəlib. Oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər:

Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi): "Bizim üçün hər bir qələbə vacibdir. Rəqib hesabda geridə olsa da, mübarizə aparırdı. Bir neçə epizodda səhv etdik. Amma bütün bunlara baxmayaraq, oyunumuzdan razıyam. "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər müəllimə uğurlar arzulayıram. Biz isə qarşıdakı çətin oyunumuza hazırlaşmalıyıq".

Əsgər Abdullayev ("Araz Naxçıvan"ın baş məşqçisi): "Danışmalı bir şey yoxdur. "Qarabağ" bütün hallarda bizdən güclüdür. Premyer Liqada qalmaq istəyiriksə, dəyişikliklər etməliyik. Bir neçə yeni oyunçu cəlb olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə