Topaz Premyer Liqasının XI turunda "Bakı" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib. SİA-nın məlumatına görə, oyun 1-1 hesabı ilə başa çatıb. Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi oyun barədə fikirlərini bildiriblər:
İbrahim Uzunca ("Bakı"nın baş məşqçisi): "Bu gün komandamız çox yaxşı mübarizə apardı. Səfərdə qazanılan 1 xal bizim üçün yaxşı nəticədir. Biz hazırlıq dönəmi keçirməmişik. Buna rəğmən, komandamız mübarizə apardı. Məğlub duruma düşsək belə, döyüşdük. Oyunu çirkinləşdirmədik. Yaxşı mübarizə apardıq və səfərdə xal qazandıq. Çətin dönəmdə oyunlara hazırlaşan futbolçularıma təşəkkür edirəm".
Dorinel Munteanu ("Qəbələ"nin baş məşqçisi): "Təəssüf ki, ev oyununda 3 xal qazana bilmədik. Nəticədə bir xalla kifayətləndik. Bu, bizi qane etmir. Rəqib demək olar ki, bir real qol epizodu yaratdı. Bir dəqiqəlik diqqətsizlik qapımıza qol vurulmasına səbəb oldu. İkinci hissədə çox çalışsaq da, sonuncu zərbəni vura bilmədik. Qazanılan 1 xal isə, sözsüz ki, heç kimi razı sala bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB