Millimiz yoldaşlıq oyununda qələbə qazanıb

Millimiz yoldaşlıq oyununda qələbə qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın gənclərdən ibarət yığması ilə yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, qarşılaşma 7:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Asif Zeynalovun het-trik etdiyi oyunda hərəyə bir dəfə isə Sabir Allahquliyev, Comərd Baxşəliyev, Orxan Məmmədov və Elvin Quliyev fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə