Oğuz Çetin: "Yaxşı müdafiə olunan komandaya qarşı oynadıq"

Oğuz Çetin: "Yaxşı müdafiə olunan komandaya qarşı oynadıq"

Topaz Premyer Liqasının XI turunda "Xəzər Lənkəran" "Simurq" üzərində 2:1 hesablı qələbə qazanıb. SİA-nın məlumatına görə, oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çetin qarşılaşma barədə fikirlərini bildirib: "Elə oyunlar var ki, daha çox mübarizə aparmalısan. Biz bu gün fiziki cəhətdən güclü, yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Mübarizə aparmaqla yanaşı, qol vurmaq çox önəmlidir. Son oyunlarda rəqibdən asılı olmayaraq, qol vururuq. Rəqiblərimizlə xal fərqini aradan qaldırmaqdayıq. Məqsəd fasilədən istifadə edib, növbəti görüşlərə daha yaxşı hazırlaşmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə