Milliyə kim rəhbərlik edəcək?

Milliyə kim rəhbərlik edəcək?

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinin Mahmud Qurbanova həvalə olunduğu haqda məlumat verilmişdi. "Avro-2016"nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan – Norveç oyununa yığmamız M.Qurbanovun rəhbərliyi altında çıxacaq.
Xəbər verilir ki, bəzi KİV-lərdə AFFA-nın Azərbaycan – Norveç oyununadək yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir.
AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10-dan artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidir və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü məşqçilərin bəzilərinin adları açıqlanacaq. Digər mütəxəssislərin adları isə onların xahişlərinə əsasən məxfi saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə