“Baku World Challenge” həyacanı başladı VİDEOLAR

“Baku World Challenge” həyacanı başladı VİDEOLAR

Bu gün Bakıda FİA GT seriyasından "Baku World Challenge" avtomobil yarışları üzrə dünya çempionatının final mərhələsi başlayıb. SİA-nın məlumatına görə, noyabrın 1-2-də keçiriləcək yarışda 15 beynəlxalq komanda 30 avtomobillə mübarizə aparır. Eyni zamanda, "Formula-1" yarışı üzrə 10, drift üzrə isə 5 maşın nümayiş etdirilir.

Avtoralli Xəzər dənizi boyunca uzanan və Dövlət Bayrağı Meydanının ətrafında dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik dairə üzrə keçirilir.

Pilotlar yarışda "BMW Z4", "Audi R8LMS Ultra", "Mercedes SLS AMG GT3", "McLaren MP4-12C", "Lamborghini LFII", "Porsche 997 GT3", "Aston Martin Vantage GT3" və "Corvette Z06 G" avtomobillərini idarə edirlər.
Qalib komanda 100 min, ikinci yerin sahibi 50 min, üçüncü pillədə qərarlaşan kollektiv isə 25 min avroluq pul mükafatlarına layiq görüləcək.
"Baku World Challenge" dünyanın 175-dək ölkəsinin televiziya kanalında nümayiş olunur.
Ötən il təşkil olunan yarışda Belçikanın "Audi Club" komandasının pilotu Laurens Vantur "Audi R8" avtomobili ilə qalib gəlmişdi. Fransanın "Hexis Racing" komandasının pilotu Kevin Estre "McLaren" avtomobili ilə finişi ikinci, Almaniyanın "HTP Gravity Charouz" komandasının pilotu Alon Day isə üçüncü keçmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə