Dünən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri başlayıb. SİA-nın məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edir. Komandamız turnirə 11 cüdoçu ilə qatılıb. Belə ki, baş məşqçi Hacıağa Hacıəliyev "Böyük dəbilqə" turnirində İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Tərlan Kərimov, Vüqar Şirinli (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Abdulhəqq Rəsullu (81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Şahin Qəhrəmanov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (100 kq-dan yuxarı) şans verəcək.
Yeni ailə qurmuş dünya çempionu Elxan Məmmədov (100 kq) bu turnirdə iştirak etməyəcək. Həmçinin, əsas heyət üzvlərimizdən Nicat Şıxəlizadə (66 kq) və Kifayət Qasımova (57 kq) da yarışa qatılmayıblar.
Qeyd edək ki, "Böyük dəbilqə" turnrində 65 ölkədən 401 idmançı mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB