Güləş yığmalarının məşqçilər korpusunda dəyişiklik edilib

Güləş yığmalarının məşqçilər korpusunda dəyişiklik edilib

Olimpiya Güləş Mərkəzində güləş üzrə ölkə yığma komandalarının məşqçilər korpusu ilə görüş keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin iştirak etdiyi görüşdə yığma komandaların məşqçilər korpusunda edilən dəyişikliklər də açıqlanıb.
Edilmiş dəyişikliklərdən sonra məşqçilər korpusunun yeni heyəti aşağıdakı kimidir:

Yunan-Roma güləşi

Böyüklər
Baş məşqçi - Cəmşid Xeyrabadi
Böyük məşqçi - Nurəddin Rəcəbov
Məşqçi - Akif Əliyev
Məşqçi - Eyub Azmudeh

Gənclər
Böyük məşqçi - Şaban Donat
Məşqçi - Zöhrab Abbasov
Məşqçi - Turac Hüseynov

Yeniyetmələr
Böyük məşqçi - Bəhram Mürvətov
Məşqçi - İslam Cəfərov
Məşqçi - Fuad Alıyev

Kiçik yaşlı yeniyetmələr
İlqar Abdulov
Vüqar Aslanov
Rasim Ağayev

Sərbəst güləş

Böyüklər
Baş məşqçi - Saypulla Absaidov
Böyük məşqçi - Firdovsi Umudov
Məşqçi - David Kurtsiya

Gənclər
Böyük məşqçi - Əsgərxan Novruzov
Məşqçi - Rövşən Hacıyev
Məşqçi - Siracuddin Eldarov

Yeniyetmələr
Böyük məşqçi - Nazim Əlicanov
Məşqçi - Vahid Məmmədov
Məşqçi - Rövşən Umudov

Kiçik yaşlı yeniyetmələr
Mehman Nəcəfov
Elşad Allahverdiyev

Qadınlar

Böyüklər
Baş məşqçi - Semyon Çterev
Böyük məşqçi - Konstantin Konorev
Məşqçi - Arif Fərmanov

Gənclər
Böyük məşqçi - Yaqub Məmmədov
Məşqçi - Aslan Ağayev

Yeniyetmələr
Böyük məşqçi - Həsrət Məmmədyarov
Məşqçi - İsaməddin Hüseynov

N. Əliyev məşqçilər korpusunda edilən dəyişikliklərin yığma komandaların daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib: "Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun əmrinə əsasən, yığma komandaların məşqçilər korpusunda dəyişikliklər edildi. İnanırıq ki, dəyişiklik yığma komandaların daha da gücləndirilməsi və güləşçilərin qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşmalarına xidmət edəcək. Qarşıda bizi ciddi sınaqlar gözləyir. Çalışacağıq ki, 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa Oyunları, ardınca Las Veqasda Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı və nəhayət, 2016-cı il Braziliyada Yay Olimpiya Oyunları kimi mötəbər yarışlarda güləşçilərimiz maksimum sayda yüksək əyarlı medallar qazanmaqla yeni tarix yazsın və xalqımızı sevindirsinlər. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev güləşə və güləşçilərə xüsusi diqqət və qayğı göstərir. Federasiya tərəfindən də hər bir şərait yaradılıb. Etimadı doğrultmaq üçün var gücümüzlə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə