Braziliyalıların “Xəzər Lənkəran”da 75-ci qolu STATİSTİKA

Braziliyalıların “Xəzər Lənkəran”da 75-ci qolu STATİSTİKA

Premyer Liqanın X turu "Xəzər Lənkəran" üçün bir sıra məqamlarla əlamətdar olub. SİA-nın məlumatına görə, Sumqayıtda eyniadlı komanda ilə görüş cari mövsümün yubiley - 10-cu matçı olmaqla yanaşı, digər tərəfdən də yubileylərlə nəticələnib.

Belə ki, "ağ-yaşıllar" tarixində 80-ci səfər qələbəsini qazanıb. Bunların 64-ü çempionat, 15-i kubok, 1-i Avropa Liqası çərçivəsində olub. "Xəzər Lənkəran"ın hesabında 53 heç-heçə və 60 məğlubiyyət də var.

Komandada qol hesabını açan Fernando Qabriel "Xəzər Lənkəran" üçün qol vuran 12-ci braziliyalıdır. Digər 11 cənubi amerikalının hesabında 74 qol olduğundan "Sumqayıt"a vurulan top braziliyalıların 75-ci uğuru olub.

Bu qələbə ilə "Xəzər Lənkəran" səfərdəki uğursuz seriyanı qırıb. Rəqib meydanlarında baş tutan çempionatdakı son 9, ümumilikdə isə 10 matçda qələbə qazanmayan komanda sonuncu dəfə də "Sumqayıt"a qalib gəlmişdi. Ötən mövsümün bu il martın 16-dakı səfər matçında "ağ-yaşıllar" 1 qolla qalib gəlmişdi. "Xəzər Lənkəran" bu müddətdə rəqib meydanında 4 heç-heçə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə