Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Qrupu ilə Topaz Premyer Liqası və I Divizion klublarının nümayəndələri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Lisenziyalaşdırma Qrupu lisenziyalaşdırma üzrə son mövsümlər qeydə alınmış statistik məlumatlar, qaydalarda baş vermiş dəyişiklər barədə məlumat verib. 2015/2016-cı il lisenziyalaşdırma mövsümü ərzində keçiriləcək seminar və görüşlər haqda informasiya tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB