Cavid Çələbiyevin rəqibi son anda dəyişib

Cavid Çələbiyevin rəqibi son anda dəyişib

AİBA Pro Boxing turnirində mübarizə aparan boksçumuz Cavid Çələbiyevin (56 kq) son anda rəqibi dəyişib. Milli komandamızın üzvü noyabrın 1-də Argentinada Satoşi Şimizu ilə üz-üzə gəlməli idi. SİA-nın məlumatına görə, yaponiyalı boksçu yarışa çıxmaqdan imtina edib. Nəticədə, həmyerlimiz daha güclü rəqiblə - braziliyalı Robenilson Vieyra de Jesusla qarşılaşmalı olacaq. 27 yaşlı boksçu 2008-ci ildə Pekin və 2012-ci ildə London Olimpiadalarında çıxış edib. Pekində 51 kq çəki dərəcəsində mübarizə aparan Robenilson ilk görüşdə qalib gəlsə də, ikinci qarşılaşmada tacikistanlı Ənvər Yunusova uduzub. 2011-ci ildə Pan-Amerika oyunlarında bürünc medal qazanan Braziliya boksçusu 1 il sonra London Olimpiadasına da lisenziya qazanıb. Robenilson Londonda özbəkistanlı Orzubek Şaimov və rusiyalı Sergey Vodopyanovu məğlub edib. O, yalnız ¼ finalda kubalı Lazaro Alvaresə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə