“Azərreyl” komandası iki voleybolçu ilə müqaviləni yeniləyib

“Azərreyl” komandası iki voleybolçu ilə müqaviləni yeniləyib

Bakının "Azərreyl" qadın voleybol komandası Azərbaycan millisinin daha 2 oyunçusu ilə müqaviləni yeniləyib. Komanda 16 yaşlı libero Leyla Parşkova və 21 yaşlı blokçu Kseniya Pavlenko ilə müqavilənin müddətini uzadıb. Onlar yeni mövsümdə də "Azərreyl"in uğurları üçün çalışacaqlar.

Bununla da "Azərreyl"də oyunçuların sayı 11-ə çatıb. Bakı klubu bunadək Yuliya Pşeniçnıx, Aynur Kərimova, Şəfaqət Həbibova, Yuliya Kərimova, İrina Makarenko (hamısı Azərbaycan), Karla Kotita (Peru), Nasya Dimitrova (Bolqarıstan), Oksana Kovalçuk (Belarus) və Olqa Savençuk (Ukrayna) ilə müqavilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə